Azərbaycanda 16 rayonda "Sağlam məhəllə" layihəsinin icrasına başlanılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətindən bildirilib.
Qeyd edilib ki, layihə çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı nəzərdə tutulub.
Sözügedən layihənin 1 474 054,56 manata başa gələcəyi ehtimal edilir.
Qeyd edək ki, ötən il “Sağlam məhəllə” layihəsi çərçivəsində 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb.