Bank Of Baku

Azərbaycan 2021-2022-ci illərdə neft və kondensat hasilatını artıracaq

Azərbaycan 2021-2022-ci illərdə neft və kondensat hasilatını artıracaq
# 09 aprel 2019 13:01 (UTC +04:00)

Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2022-ci ildə ölkə üzrə neft və qaz kondensatının hasilatı 39 mln. ton təşkil edəcək ki, bu da 2018-ci ilin göstəricisinə nisbətən 0,65% çoxdur (38,76 mln. ton).

ONA-nın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrinə istinadən verdiyi məlumata görə, proqnoza əsasən, 2019-cu ildə Azərbaycanda 38,5 mln. ton neft və qaz kondensatı hasil ediləcək.

Nəşrdə qeyd edildiyi kimi, 2020-ci ildə bu göstərici 38,9 mln. ton, 2021-ci ildə isə 39,1 mln. ton təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR