Bank Of Baku

Azərbaycanda aqrar sığorta haqqının hesablanması qaydaları müəyyənləşib

Azərbaycanda aqrar sığorta haqqının hesablanması qaydaları müəyyənləşib
# 25 aprel 2019 13:54 (UTC +04:00)

Aqrar sığorta haqqının hesablanması proseduru bəlli olub.

ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində bildirilib.

Qanun layihəsinin 7-ci maddəsində (Aqrar sığorta haqqı) qeyd edilib ki, aqrar sığorta haqqı sığorta qaydaları əsasında hesablanır və aşağıdakı hissələrdən ibarətdir:

1. Aqrar sığortalı tərəfindən ödənilməli olan hissə;

2. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə;

Sənəddə həmçinin göstərilib ki, aqrar sığortalı tərəfindən ödənilməli olan hissə birbaşa aqrar sığorta orqanının bank hesabına ödənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR