Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 8,6 mln. ton yük, 97,9 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstəricilər əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 7,3% və 42,9% artıb.
Məlumata görə, hesabat dövründə sərnişinlərin 95,1%-i avtobus, 4,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.