Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
# 15 mart 2022 15:45 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,4% və 38,7% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 31,7 mln. ton yük daşınıb.

"Yüklərin 2,9%-i dəniz, 8,0 faizi dəmir yolu, 0,3%-i hava, 55,3%-i avtomobil nəqliyyatı, 33,5%-i isə boru kəməri ilə daşınıb", - məlumatda qeyd olunur.

Qeyd olunur ki, hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5% təşkil edib.

Məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 225,1 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,6%-i avtomobil nəqliyyatı, 13%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR