Bank Of Baku

Azərbaycanda avtomobillərin 45%-i Bakı və Abşeronda qeydiyyatdadır

Azərbaycanda avtomobillərin 45%-i Bakı və Abşeronda qeydiyyatdadır
# 28 yanvar 2025 16:45 (UTC +04:00)

Bakı və Abşeronda sosial-iqtisadi və demoqrafik artımla əlaqədar ictimai nəqliyyata tələbat artıb və infrastruktur yüklənib.

"APA-Economics" xəbər verir ki, Bakı və Abşeronda əhalinin artım tempi ildə 1,3%-dir.

Hazırda ölkə üzrə avtomobillərin 45%-i, yəni 780 min avtomobil Bakı və Abşeronda qeydiyyatdadır.

Paytaxtda pik saatlarda tıxaclarda orta sürət 15 km/saat, orta yolda olma vaxtı 41 dəqiqədir. İctimai nəqliyyat, piyada və mikromobillik səyahətləri ümumi səyahətlərin 50%-ni təşkil edir. İctimai nəqliyyat dayanacaqlarının sayı isə hər 100 min sakinə görə, 88 dayanacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR