Bank Of Baku

Azərbaycanda bu il dənizlə daşınan yüklərin 48%-i neftin payına düşüb

Azərbaycanda bu il dənizlə daşınan yüklərin 48%-i neftin payına düşüb
# 14 oktyabr 2025 17:06 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 6 962,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5% artmışdır.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat daşınan yüklərin 48,1 faizini neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 9 861,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7 852,3 min tonunu və ya 79,6%-ni tranzit yüklər təşkil edib”, - hesabatda qeyd olunub.

Bildirilir ki, 2025-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 410,2 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,8 faiz azalaraq 19,3 min nəfər olub”, - hesabatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR