Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 23% artıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 23% artıb
# 15 dekabr 2021 15:49 (UTC +04:00)

2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə 5 mln. ton yük, 2 445,8 min sərnişin daşınıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,9%, sərnişin daşınmasında isə 23% faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 353 vaqon yüklənib və 343 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR