Ötən il Azərbaycanda dəmir yolu nəqliyyatı vasitəsi ilə 4 584,5 min ton tranzit yüklər daşınıb, bu da illik müqayisədə 11% çoxdur.
"Azərbaycan Dəmir Yolları" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ildə bu göstərici 4 130,8 min ton səviyyəsində idi.
Məlumata görə, dəmin yolları ilə ötən il 7 434,9 min ton həcmində beynəlxalq daşımalar (idxal-ixrac) həyata keçirilib, bu da illik müqayisədə 3,2% azdır
Qeyd edək ki, 2020-ci ildə dəmi yolu ilə beynəlxalq daşımaların həcmi 7 683,4 min ton səviyyəsində olub.