Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə yükdaşmalar 2% azalıb

Azərbaycanda dəmir yolu ilə yükdaşmalar 2% azalıb
# 15 mart 2022 16:17 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,5 mln. ton yük, 613,9 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,9% azalma, sərnişin daşınmasında isə 2 dəfə artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 239 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,5 min ton, Qərb istiqaməti üzrə 2,4 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR