Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb
# 18 fevral 2022 09:36 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 445,6 min ton təşkil etmiş və ötən ilin yanvar ayına nisbətən 1,7% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 42,7%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 802,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 759,9 min tonunu və ya 94,7%-i tranzit yüklər təşkil etmişdir.

“2022-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 17,6 min ton olub”, - məlumatda deyilir.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin yanvar ayına nisbətən 30,8% azalaraq 0,9 min nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR