Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 922,2 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 45,1%-i neft yükləri təşkil edib.
"Dəniz limanları tərəfindən 1 610,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1 511,6 min tonunu və ya 93,9%-i tranzit yüklər təşkil edib. 2022-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 35,8 min ton olub", - məlumatda vurğulanır.
Məlumata görə, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 36,4% azalaraq 1,4 min nəfər təşkil edib.