Bank Of Baku

Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Azərbaycanda fişinq hücumlarının sayı azalıb
# 13 dekabr 2021 17:58 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanın ".az" domenində olan saytların hər 14-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ümumilikdə, Azərbaycan saytlarının 2 752-si fişinq hücumunun qurbanı olub.

Bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 7,1%-ni təşkil edir. Bu göstərici üzrə noyabr ayı ərzində oktyabrla müqayisədə 13,4% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 38,5 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 145, Rusiyada 23, Belarusda 522, Latviyada 93, Litvada 139, Estoniyada 440, Qazaxıstanda 328, Özbəkistanda 33, Tacikistanda 182, Qırğızıstanda 430, Gürcüstanda 169, Ermənistanda isə 287 sayta bir uğurlu fişinq hücumu düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR