Bu ilin fevral ayında Azərbaycanın ".az" domenində olan saytların hər 17-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.
"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 2,3 minə yaxını fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 5,9%-ni təşkil edir.
Cari ilin fevral ayı ərzində yanvar ilə müqayisədə fişinq hücumlarının sayında 23,3% azalma müşahidə olunub.
Qeyd edək ki, bu günə ".az" domenində 39 mindən çox sayt qeydiyyatdan keçib.
"Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 162, Rusiyada 94, Belarusda 593, Latviyada 84, Litvada 138, Estoniyada 532, Qazaxıstanda 406, Özbəkistanda 74, Tacikistanda 337, Qırğızıstanda 628, Gürcüstanda 216, Ermənistanda isə 250 sayta bir uğurlu fişinq hücumu düşüb.