Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 003,3 min və ya 81,2% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,4%-i dövlət, 0,6%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 18,4% artaraq 471,3 min ton təşkil edib.