Bank Of Baku

Azərbaycanda havadan su əldə edilməsi layihəsi hazırlanacaq

Azərbaycanda havadan su əldə edilməsi layihəsi hazırlanacaq
# 10 sentyabr 2025 12:52 (UTC +04:00)

2025-ci ilin sonuna kimi suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması planlaşdırılıb. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçiriləcək ərazilərin müəyyənləşdirilməsi, 2027-ci ildə havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrası nəzərdə tutulub.

APA xəbər verir ki, eyni zamanda ölkədə yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb.

Belə ki, 2025-ci ilin sonuna kimi su təminatı zəif olan yaşayış məntəqələrinin müəyyən ediləcək, 2026-cı ildə müvafiq yaşayış məntəqələrinin məişət-təsərrüfat sahəsində yeraltı sularından istifadəyə dair layihələr hazırlanacaq, 2027-ci ildə su təminatında təmizlənmiş yeraltı sulardan istifadəyə dair 1 pilot layihə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR