Bank Of Baku

Azərbaycanda internet istifadəçilərinin 87%-i dələduzluqla qarşılaşıb

Azərbaycanda internet istifadəçilərinin 87%-i dələduzluqla qarşılaşıb
# 09 fevral 2022 15:39 (UTC +04:00)

Azərbaycandakı respondentlərin 87%-i internetdə dələduzluqla qarşılaşıb.

“Kaspersky” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılan sorğuda 18 yaşdan yuxarı 500 nəfər iştirak edib.

Sorğu iştirakçılarının 57%-i dələduzluq variantları kimi lotereya uduşu təkliflərini qeyd ediblər, 21%-i özünü bank əməkdaşı kimi təqdim edən şəxslərlə qarşılaşıb, hansı ki, şifrəni təsdiqləməyi, bank kartı nömrəsini, pin kodu, CVV şifrəni və digər kart/hesab məlumatlarını istəyib, 21%-i naməlum/yeni saytlarda "çox cəlbedici endirimlərlə" alış-veriş edərək nəticədə heç bir mal/xidmət əldə etməyib.

Qeyd olunan halların 88%-də fırıldaqçılar şəxsi nömrəyə zəng edib və ya mesaj yazıb, 83%-də isə məktub ya sorğu iştirakçısının, ya da onun yaxınlarının elektron poçtuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR