Ötən il bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 76 mln. ədəd, həcmi isə 224,5 mlrd. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə aparılan köçürmələrin say üzrə 80%-i (60.4 mln. ədəd), həcm üzrə isə 73%-i (163.1 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
2021-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci illə müqayisədə 63% artaraq 142 mlrd. manat olub. Bundan əlavə, 2021-ci il ərzində mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi də 2020-ci illə müqayisədə 2,8 dəfə artaraq 3,9 mlrd. manat çatıb.