Bank Of Baku

Azərbaycanda istehsal olunan terminallar yeni brendlə bazara çıxarılacaq

Azərbaycanda istehsal olunan terminallar yeni brendlə bazara çıxarılacaq
# 08 aprel 2019 13:29 (UTC +04:00)

Sumqayıt Texnologiyalar Parkının (STP) istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək.

STP-dən ONA-ya verilən məlumata görə, terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir.

Bu günədək Texnopark Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, "Kapital Bank", "Rabitəbank" və "Easypay" kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib.

Qeyd edək ki, “STP Terminal” məhsulları Texnoparkın Elektrik Avadanlıqları Zavodunda istehsal olunur. İstehsal prosesində Almaniya, Finlandiya və ABŞ istehsalı olan avadanlıqlardan istifadə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR