Ötən il Azərbaycanda istilik enerjisinin satışından 13 321,4 min. manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,1% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhali abonent qrupu üzrə istilik enerjisinin satışından 5 704,2 min manat gəlir əldə edilib, bu da 15,4% azalma deməkdir.
Məlumata görə, hesabat dövründə istehlakçılara 1 800 Qkal istilik enerjisi verilib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 3% azdır. İstehlakçılara verilən istilik enerjisi 1 249 Qkal-i əhali abonent qrupunun payına (8% azalma), qalan 551 Qkal-i isə kommunal-məişət ehtiyacların payına (10,5% artım) düşüb.
Qeyd olunur ki, hesabat ilinin axırına ölkədə mövcud qazanxanaların sayı 1197 ədəd təşkil edib (2,6% artım), bunlarda 1 144-ü qaz yanacağı (0,5% azalma), 53-ü isə maye yanacağı ilə (3,1 dəfə artım) işləyir.