Bank Of Baku

Azərbaycanda metro istifadəçilərinin sayı azalıb

Azərbaycanda metro istifadəçilərinin sayı azalıb
# 18 oktyabr 2025 14:41 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 162 575,8 min olub, bu da illik müqayisədə 2,4% azalma deməkdir.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-sentyabr aylarında Bakı metropolitenindən 166 590,8 min sərnişin istifadə edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR