Ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur.
Xatırladaq ki, 2020-ci ildə ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.