Bank Of Baku

Azərbaycanda qazın bahalaşması gözlənilmir - AZƏRİQAZ

Azərbaycanda qazın bahalaşması gözlənilmir - AZƏRİQAZ
# 04 mart 2022 11:51 (UTC +04:00)

Azərbaycanda qazın satış qiyməti ilə bağlı artım gözlənilmir.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev "Açıq qapı" aksiyası çərçivəsində Avropada qazın bahalaşmasının Azərbaycana ola biləcək təsiri ilə bağlı suala cavab verərək bildirib.

O xatırladıb ki, Azərbaycanda qazın satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir: "Hazırda təbii qazın satış qiyməti ilə bağlı hər hansı bir artım gözlənilmir".

Xatırladaq ki, ötən ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR