Bank Of Baku

Azərbaycanda qızıl istehsalı 90%-ə yaxın artıb

Azərbaycanda qızıl istehsalı 90%-ə yaxın artıb
# 19 fevral 2025 10:29 (UTC +04:00)

2025-ci ilin yanvar ayında Azərbaycanda 236.2 kq qızıl, 375.8 kq isə gümüş istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 88.5%, gümüş istehsalı isə 32.6% artıb.

Qeyd edək ki, 2025-cü il fevral ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 207.4 kq və 625.9 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR