Bank Of Baku

Azərbaycanda sərnişindaşıma 8%-dən çox artıb

Azərbaycanda sərnişindaşıma 8%-dən çox artıb
# 15 iyul 2024 10:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4% və 8,2% artıb.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 113,2 milyon ton yük daşıyıb. Yüklərin 3,6%-i dəniz, 8,2%-i dəmir yolu, 0,2%-i hava, 57,9%-i avtomobil nəqliyyatı, 30,1%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78% təşkil edib.

İlin birinci yarısında nəqliyyatçılar 967,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,7%i avtomobil nəqliyyatı, 11,7%i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR