Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın nəqliyyat sahəsində yükdaşıma əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2% artıb, sərnişin daşınması isə 2% azalıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 174,8 mln. ton yük daşınıb. Yüklərin 2,8%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 57,7%-i avtomobil nəqliyyatı, 31,4%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,8% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,3% təşkil edib.
2021-ci ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 081,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 93%-i avtomobil nəqliyyatı, 6,7%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.