Azərbaycanda startap ekosisteminin qurulması üçün qanunvericilik bazası hazırlanıb

Rövşən Rüstəmov

© APA | Rövşən Rüstəmov

# 08 dekabr 2021 10:50 (UTC +04:00)

Azərbaycanda startap ekosisteminin qurulması üçün qanunvericilik bazası hazırlanıb və bu yaxınlarda geniş müzakirəyə təqdim olunacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, bütövlükdə ölkə üçün 2022-2026-cı illər üzrə sosial iqtisadi inkişaf strategiyası çərçivəsində hazırlanan innovasiya strategiyası mövcuddur.

"Bu strategiya əsasında Abşeron Vadisi innovativ klaster dayanır. Onunda əsas hədəflərindən biri maliyyə texnologiyalarının inkişafı, bu sahədə startapların təşviq edilməsidir ki, sonda ölkə, daha sonra isə dünya miqyasında həlləri ortaya çıxara bilək", - deyə R. Rüstəmov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR