Bank Of Baku

Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb - CƏDVƏL
# 14 mart 2022 18:00 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 121,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,8% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4 dəfə, asfaltın istehsalı 70,7%, tikinti kərpicinin istehsalı 62%, betondan yığma tikinti konstruksiyaların istehsalı 59,5%, hörmə üçün hazır beton qarışığının istehsalı 52,1%, tikinti gipsinin istehsalı 35,7% artıb, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 8,8%, tikinti əhənginin istehsalı isə 43,1% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2022-ci ilin yanvar-fevral aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq ayına nisbətən, %

Sement, min ton

442,5

107,8

Tikinti gipsi, min ton

3,8

135,7

Tikinti әhәngi, min ton

3,3

56,9

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

11,4

91,2

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

11,8

159,5

Asfalt, min ton

9,9

170,7

Tikinti kәrpici, min kubmetr

110,8

162,0

Hörmә üçün hazır beton qarışığı, min ton

412,5

119,5

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

2 472,9

4,0 d.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR