Azərbaycanda Türkiyə Sığorta Bilgi Mərkəzinin oxşarı yaradılacaq

Azərbaycanda Türkiyə Sığorta Bilgi Mərkəzinin oxşarı yaradılacaq
# 16 aprel 2024 11:33 (UTC +04:00)

Azərbaycanda sığorta sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə oxşar sistemin yaradılması üçün Türkiyə Sığorta Bilgi Mərkəzi ilə danışıqlar aparılır.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

“Ümid edirik ki, qısa zamanda bu layihəyə start veriləcək”- Taleh Kazımov qeyd edib.

O əlavə edib ki, Sığorta Bilgi Mərkəzi Türkiyədə ilk “insurtech” layihəsidir. Bu mərkəz Türkiyə sığorta bazarının inkişafında, müştəriyönümlü fəaliyyət göstərməsində, risklərin daha optimal idarə edilməsində daha da mühüm rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR