Bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 1 490 116,7 min manat dəyərində tikinti işləri yerinə yetirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,6% azdır.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkə üzrə görülən tikinti işlərinin ümumi dəyərindən 170 185,3 min manatı dövlət mülkiyyətinin, 1 319 931,4 min manatı isə qeyri-dövlət mülkiyyətinin inşasına xərclənilib.
Yerinə yetirilən tikinti işlərinin böyük əksəriyyəti paytaxtın payına düşüb ki, bu rəqəm cari ilin birinci rübündə 1 237 144,9 min manat təşkil edib. Ötən ilin eyni göstəricisi ilə müqayisədə Bakı üzrə tikinti işlərin dəyərində 12,8% azalma qeydə alınıb.
Yerinə yetirilən tikinti işlərinin iqtisadi və inzibati rayonlar üzrə dəyəri:
|
# |
Regionlar |
Yanvar-mart, 2021-ci il, min manat |
Әvvәlki ilə nisbәtәn, % |
|
1 |
Abşeron iqtisadi rayonu |
39 890,4 |
52,6 |
|
2 |
Gəncə-Qazax iqtisadi rayonu |
9 203,5 |
18,7 |
|
3 |
Şəki-Zaqatala iqtisadi rayonu |
6 972,5 |
81,2 |
|
4 |
Lənkəran iqtisadi rayonu |
8 075,7 |
50,9 |
|
5 |
Quba-Xaçmaz iqtisadi rayonu |
7 556,3 |
42,5 |
|
6 |
Aran iqtisadi rayonu |
2 2841,0 |
41,5 |
|
7 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
12 180,0 |
98,6 |
|
8 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
2 826,7 |
45,4 |
|
9 |
Dağlıq Şirvan iqtisadi rayonu |
3 285,8 |
35,8 |
|
10 |
Naxçıvan iqtisadi rayonu |
140 139,9 |
99,6 |