Bank Of Baku

Azərbaycanın daha bir dövlət qurumu startapları dəstəkləyəcək

Azərbaycanın daha bir dövlət qurumu startapları dəstəkləyəcək
# 12 aprel 2019 11:34 (UTC +04:00)

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk dəfə olaraq “Venture Battle hackathon” startap təşəbbüsə start verilir. Bunu ONA-ya “Horizon Next” şirkətinin rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, söhbət 2 gün davam edəcək müsabiqədən gedir ki, yekunda 2 qalib seçiləcək.

“Tədbirin təşkilatçısı “Sosial Innovation Lab” innovasiya mərkəzidir. Müsabiqəyə qatılmaq üçün 130-a yaxın iştirakçı qeydiyyatdan keçib. Qalib layihələr “Creative Business Cup” beynəlxalq müsabiqənin finalına birbaşa vəsiqə qazanacaq. Ondan sonra isə layihələrin davamı olaraq şirkətlər yaradılacaq”, - deyə R. Əliyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR