Azərbaycanın milli domen zonasında (".az") indiyədək 37 586 internet resursu qeydə alınıb.
"APA-Economics"in "WHOIS" portalının hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici illik ifadədə 6% artıb. Son bir ildə Azərbaycanın milli domen zonasında 2 114 sayt qeydiyyatdan keçib.
Qeydə alınan saytların ümumi sayının 35 168-i birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2020-ci ilin müvafiq göstəricini 6,2% üstələyir.
Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 359 sayt qeydiyyatdan keçib. Bu göstərici 2020-ci ilin eyni göstəricisindən 1,5% çoxdur.
Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə aprelin 1-nə olan məlumata görə 511 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricidən 9,6% çoxdur.
Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
|
Domen |
Qeydiyyatdan keçən saytlar |
|
pro.az |
1 |
|
name.az |
8 |
|
biz.az |
20 |
|
pp.az |
23 |
|
int.az |
27 |
|
net.az |
67 |
|
info.az |
100 |
|
co.az |
139 |
|
org.az |
163 |