Azərbaycanın poçt sektoru bir ildə 25% böyüyüb

Azərbaycanın poçt sektoru bir ildə 25% böyüyüb
# 09 aprel 2024 12:15 (UTC +04:00)

Azərbaycanın poçt sektoru 2023-cü ildə 2022-ci ilə nisbətən yuvarlaq olaraq 25% böyüyüb.

APA-Economics”in Azərbaycanda telekommunikasiya və poçt sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) illik hesabatına istinadən xəbərinə görə, bu sahədə inkişafın əsas səbəbi elektron alış-verişə marağın artması olub.

İKTA-nın məlumatında qeyd olunur ki, Azərbaycanda poçt rabitəsi xidmətinə olan marağın artmasını ötən il ərzində açılan yeni poçt obyektlərinin sayında da müşahidə etmək olar: “Belə ki, 2023-cü ildə sürətli poçt xidməti üzrə 164 ədəd lisenziya (lisenziya əlavəsi) verilib. Bununla da, ümumilikdə qeyd olunan xidmət üzrə verilən lisenziyaların saylı 413-ə çatıb”.

“Agentlik lisenziya (lisenziya əlavəsi) üçün edilən müraciətlər əsasında 40-dan çox obyektə baxış keçirib və müvafiq rəy verib,” – deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR