Bank Of Baku

Azərbaycanın tikinti müəssisələri ötən il 167 ədəd müxtəlif növ tikinti maşını alıb

Azərbaycanın tikinti müəssisələri ötən il 167 ədəd müxtəlif növ tikinti maşını alıb
# 11 aprel 2019 11:19 (UTC +04:00)

Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycanın tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4 980, qeyri-dövlət müəssisələrində 6 667 tikinti maşını olub. Ötən il ərzində 1 104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ildə tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 68-ni yükünü özüboşaldan avtomobillər, 17-ni yolbasan maşınlar, 17-ni stasionar və avtobetonnasoslar, 13-nü pnevmotəkərli kranlar, 13-nü pnevmatik əl maşınları, 11-ni karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlıqları, 28-ni isə digər növ tikinti maşınları təşkil edib.

Tikinti maşınlarının 9,7%-i Naxçıvan Muxtar Respublikasında, 65,3%-i Bakı şəhərində,  8,1%-i Aran, 4,2%-i Gəncə-Qazax, 3,8%-i Abşeron, 8,9%-i isə digər iqtisadi rayonlarda cəmlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR