Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
# 18 aprel 2019 11:07 (UTC +04:00)

Bu ilin birinci rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki ilin analoji dövrü ilə müqayisədə artıb.

ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında  5 546,14 mln. ABŞ dolları xarici ticarət dövriyyəsi olduğu halda, bu ilin birinci rübündə rəqəm 27,2% artaraq 7 620,13 mln. dollar olub.

Hesabat dövründə ixracın həcmi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 25,2% artaraq 4 484,6 mln. dollar, idxal isə 30,1% artaraq 3 135,9 mln. dollar təşkil edib. Nəticədə, 1 348,7 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 15,9% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR