Bank Of Baku

"Azəriqaz" bu il "Azərkontrakt"a qaza görə 575 mln. manat ödəyib

"Azəriqaz" bu il "Azərkontrakt"a qaza görə 575 mln. manat ödəyib
# 10 dekabr 2021 16:36 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüşü baş tutub.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, “Açıq qapı” aksiyası çərçivəsində keçirilən görüş Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci il dönümü ilə əlaqədar Ulu Öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra mətbuat nümayəndələrini maraqlandıran, onlar tərəfindən ünvanlanan bütün sualları cavablandıran Ruslan Əliyev bir çox məsələlərə aydınlıq gətirib. Daha bir yeniliyi media nümayəndələrinin nəzərinə çatdıran baş direktor “Azəriqaz” İB-nin 2022-ci ildə daha müasir sayğaclara keçid edəcəyini vurğulayıb.

O bildirib ki, bu sayğacların üzərinə sim kart ödəmə qurğuları quraşdırılacaq və abonentlər mobil telefonla balansını artıra biləcək. “İlkin olaraq pilot layihə kimi tətbiq olunacaq və 10 min sayğac üzərində bu təcrübəni yoxlayacağıq”, - deyə baş direktor bildirib.

Bundan əlavə, Ruslan Əliyev "Azəristiliktəchizat" ASC-nin Birliyə olan borcu ilə bağlı məsələyə də bir daha münasibət bildirərək borcla bağlı bu gün "Azəristiliktəchizat" ASC-yə məktub göndərildiyini qeyd edib: ""Azəristiliktəchizat"a dövlət tərəfindən yardım olunur. Həmin yardımın bir hissəsi 12 mln. manatdır. Hətta dövlət tərəfindən yardımlar olsa da, qurum bizə tam ödəniş edə bilməz. Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırmasını həyata keçirəcəyik", - deyə baş direktor əlavə edib.

Ruslan Əliyev həmçinin “Azəriqaz”ın öz iqtisadi göstəricilərinin olduğunu, bu ilin 11 ay ərzində “Azəriqaz” İB-nin “Azərkontrakt” ASC-dən aldığı qazın 100% dəyərini – ümumilikdə 575,350 min manatını ödədiyini, həmin məbləğin içərisində “Azəristiliktəchizat" ASC-yə verilən qazın dəyərinin də olduğunu mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Görüş zamanı Ruslan Əliyev KİV nümayəndələri ilə bərabər vətəndaşların sosial şəbəkələr üzərindən ünvanladıqları sualları da cavablandırıb. Sonda baş direktor bir daha bütün mətbuat nümayəndələrini hər həftənin cümə günü baş tutan “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR