Bank Of Baku

"Azəriqaz" bu il çoxmərtəbəli binalarda 6 262 mənzili qazla təmin edib

"Azəriqaz" bu il çoxmərtəbəli binalarda 6 262 mənzili qazla təmin edib
# 02 may 2019 17:17 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu ilin yanvar-aprel aylarında sözü gedən kateqoriya üzrə 6 262 ailə qazla təmin edilib.

"Azəriqaz"dan ONA-ya verilən məlumata görə, İstehsalat Birliyi yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib.

"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR