Bank Of Baku

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Şəkidə keçiriləcək

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Şəkidə keçiriləcək
# 31 yanvar 2022 17:39 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Şəki şəhərində təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Şəki şəhəri, Sabit Rəhman küçəsi 9 (M.F.Axundov adına mədəniyyət və istirahət parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” fevralın 2-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR