Bank Of Baku

"Azərişıq" Mingəçevir və Yevlaxda vətəndaş qəbulu keçirəcək

Vüqar Əhmədov

© APA | Vüqar Əhmədov

# 09 mart 2022 14:29 (UTC +04:00)

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-u saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Yevlax EŞ-nə və Mingəçevir EŞ-nə, həmçinin "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR