Bank Of Baku

“Azəristiliktəchizat”a dövlət tərəfindən kapital qoyuluşunun həcmi 5%-ə yaxın artırılıb

“Azəristiliktəchizat”a dövlət tərəfindən kapital qoyuluşunun həcmi 5%-ə yaxın artırılıb
# 27 sentyabr 2024 15:59 (UTC +04:00)

Ötən il “Azəristiliktəchizat” ASC-ə dövlət tərəfindən kapital qoyuluşunun həcmi 2022-ci illə müqayisədə 4,7% artırılıb.

"APA-Economics" bu barədə 2023-cü il dekabrın 31-nə olan maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, ASC-ə dövlət tərəfindən kapital qoyuluşu 55 609 208 manatdan 58 218 329 manata çatdırılıb.

Qeyd edək ki, hesabat dövründə qurumun aktivləri 154,4 milyon manat, öhdəlikləri 77,7 milyon manat olub. Qurum ötən ili 9,8 milyon manat zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR