"Hazırda "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında heç bir problem yaşanmır".
"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
"İki qurum arasında olan problem Nazirlər Kabineti səviyyəsində müzakirəyə çıxarılıb və Baş nazirin göstərişi ilə "Azəristiliktəchizat"a dotasiya ayrılıb. Bu dotasiya "Azəristiliktəchizat"ın "Azəriqaz"a olan borcunun əhəmiyyətli bir hissəsini təmin edib", - deyə E. Vəliyev qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda belə bir qazanxana yoxdur ki, "mavi yanacaq"la təminatı dayandırılsın.
Xatırladaq ki, ötən ilin iki qurum arasında təbii qazın istifadəsinə görə yaranan borcun ödənilməsi ilə bağlı mübahisəli məqam yaranmışdı.