Bank Of Baku

"Azərkosmos": Azərbaycan ərazisinin 15%-i yüksək quraqlıq riski altındadır

"Azərkosmos": Azərbaycan ərazisinin 15%-i yüksək quraqlıq riski altındadır
# 11 iyun 2024 10:41 (UTC +04:00)

Azərbaycanda iqlim dəyişmələri fonunda yaranan əsas problem su ilə bağlıdır.

"APA-Economics" xəbər verir ki, bunu "Üfüqləri aşaraq: Dayanıqlı kosmos, dayanıqlı yer" mövzusunda keçirilən tədbirdə Azərbaycan Kosmik Agentliyinin (AZƏRKOSMOS) sədri Saməddin Əsədov deyib.

O, bildirib ki, Dünya Resurs İnstitutunun araşdırmasına görə, 2040-cı ildə ciddi quraqlıqla üzləşmək ehtimalı olan ölkələr arasında Azərbaycan 18-ci yerdə qərarlaşıb:

"Bu deyilənlərdən irəli gələrək, bu yaxınlarda Azərkosmos öz kosmik resursları vasitəsilə hazırladığı iqlim dəyişikliyinə kosmik baxış rəqəmsal platfomasını Azərbaycan və ingilis dillərində təqdim edib. Bu platforma sayəsində məlum olub ki, qış ayları üzrə Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarınında son 7 ildə buzlaq sahələrində ortalama 18% azalma olub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb, ölkə üzrə quraqlığın monitorinqində görürük ki, Azərbaycan ərazisinin 15%-i çox yüksək quraqlıq riski altındadır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR