Bank Of Baku

"Azərpoçt" bayram günlərində xidmət göstərəcək

"Azərpoçt" bayram günlərində xidmət göstərəcək
# 30 dekabr 2021 15:47 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, belə ki, 31 dekabr tarixində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində vətəndaşlara xidmət göstərəcək.

1-4 yanvar tarixlərində isə Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09:00-dan 18:00-a, 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-dan 17:00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-dan 17:00-a, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-dan 17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri isə saat 10:00-dan 17:00-a qədər işləyəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR