“Azərpoçt” və Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

“Azərpoçt” və Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
# 03 aprel 2024 11:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"APA-Economics"in xəbərinə görə, memorandumun imzalanması ilə tərəflər poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tuturlar.

Qurulan əməkdaşlıq sayəsində MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq. Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR