"Azexport" Türkiyə platforması ilə əməkdaşlıq edəcək

"Azexport" Türkiyə platforması ilə əməkdaşlıq edəcək
# 06 dekabr 2021 13:16 (UTC +04:00)

Azərbaycanın Azexport.az portalı Türkiyənin “Tradeatlas” (tradeatlas.com) platforması ilə əməkdaşlığa başlayır.

APA-Economics”in məlumatına görə, tərəflər arasında “Tradeatlas” platformasından istifadəyə xüsusi endirim tətbiq olunmasına, həmçinin bir sıra istiqamətlər üzrə seminarların təşkilinə dair razılıq əldə olunub.

Seminarlar əsasən e-ticarət platformasının yaradılmasını, ixrac olunacaq ölkədə HS kodundan (gömrük kodu) istifadə etməklə müştərilərin tapılmasını, rəqəmsal marketinqin təşkili qaydalarını, datadan səmərəli istifadə və ixrac təkliflərinin hazırlanması kimi mövzuları əhatə edəcək.

Qeyd edək ki, “Tradeatlas” dünyanın 150-dən çox ölkəsindən olmaqla 1,7 mlrd. gömrük bəyannaməsinə əsaslanan data arasında axtarış etmək imkanı təqdim edir. Bu imkanla maraqlı olan məhsulun hansı ölkədə, hansı şirkət tərəfindən daha çox idxal olunduğunu müəyyən etmək mümkündür.

“Tradeatlas” platformasında HS kodu, ixracatçı, idxalçı, məhsul, brend adı kimi parametrlər üzrə axtarış etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR