Bank Of Baku

Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən veriləcək

Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən veriləcək
# 22 aprel 2019 10:34 (UTC +04:00)

Bağlanan banklar və  Bank Olmayan Kredit Təşkilatları (BOKT) üzrə  problemli kredit sahibləri "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsindən (azerpost.az) "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat" bölməsindən məlumat əldə edə bilərlər. Bunu ONA-ya "Azərpoçt"dan deyiblər.

Ləğv prossesində olan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən həyata keçiriləcək.

Vətəndaşlara aidiyyatı üzrə poçt şöbələri və ya banklar tərəfindən SMS göndəriləcək.

SMS-də kompensasiyanı hansı ünvandan əldə etmək mümkün olacağı qeyd ediləcək.

"500-manatadək olan məbləğ nağd şəkildə ödəniləcək, 500 manatdan yuxarı məbləğlərə poçt şöbələri tərəfindən kartlar ayrılacaq",- deyə "Azərpoçt"dan qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR