Bank Of Baku

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
# 02 iyul 2026 13:31 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.

"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda bildirilir.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR