“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) uçuşların coğrafiyasını genişləndirib. Fevralın 18-dən aviadaşıyıcı Bakı-Aktau-Bakı marşrutu üzrə birbaşa reyslər açır.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakıdan Aktau şəhərinə uçuşlar çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.