Bank Of Baku

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi 100 km/saatdan 90 km/saata endirilib

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi 100 km/saatdan 90 km/saata endirilib
# 27 noyabr 2025 10:17 (UTC +04:00)

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, “Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR