Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Yevlax hissəsində görülən işlərlə bağlı media-tur təşkil olunub - FOTO

Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Yevlax hissəsində görülən işlərlə bağlı media-tur təşkil olunub - FOTO
# 24 iyun 2025 12:11 (UTC +04:00)

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə bağlı media-tur təşkil olunub.

APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Mahir Babayev media-tur iştirakçılarına görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, burada piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir: "Piyada keçidinin bir hissəsinin dəmir-beton işləri yekunlaşmaq üzrədir. Yanaşma yolları ilə bağlı işlərin 90 faizi yerinə yetirilib, son tamamlama işləri aparılır".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR